Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Aşıqalılar kənd sakinləri ilə səyyar qəbul keçirib.

13 fevral 2024 | 10:48
13 fevral 2024-cü il tarixdə baş tutan səyyar qəbulda RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. RİH başçısı Asif Ağayev keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.
Daha sonra kənd sakinləri öz müraciətlərini ünvanlayıblar. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın yaxşılaşdırılması məqsədilə yeni subaretzian quyusunun qazılması, sakinlərin içməli suya olan tələbatının yaxşılaşdırılması, elektrik enerjisinin fasiləsiz verilməsi üçün kabelləşmə işlərinin aparılması və internetin gücünün artırılması məqsədilə yeni optik kabellərin çəkilməsi kimi mövzularda olub.
Rayon rəhbəri edilən müraciətlərlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Aşıqalılar kənd sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər