Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev pambıq yığımı ərəfəsində zavodlarda görülən hazırlıq işlərinin gedişatı ilə tanış olub.

17 sentyabr 2022 | 10:09
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev pambıq yığımı ərəfəsində rayon ərazisində fəaliyyət göstərən “MKT İK” MMC və "Azərpamıq ASK" MMC-nin Beyləqan filiallarında olub, hazırlıq işlərinin gedişatı ilə tanış olub. Rayon rəhbəri zavodların rəhbərliyi və kollektivlə söhbət aparmış, zavodların fəaliyyəti, gələcək planları ilə bağlı öz tapşırıq və tövsiyələrini verib. Asif Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirildiyini qeyd etmiş, Beyləqan rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensial və ənənələr mövcud olduğunu bildirmişdir. Görüşdə bildirilib ki, tarlalarda bu il məhsul boldur. Pambığın itkisiz yığılması, istehsalı və emalı qarşıya qoyulmuş fəaliyyət planı əsasında həyata keçirildiyi vurğulanıb. Qeyd edək ki, 2022-ci ildə Beyləqan rayonunda 3200 hektarı "Azərpambıq" MMC, 700 hektarı "P-Agro" MMC ilə, 36,6 hektarı isə "AŞİB" şirkəti ilə müqavilə əsasında olmaqla, ümumilikdə 8396,6 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib.
Keçidlər