Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Birinci Aşıqlı kəndində vətəndaşları qəbul edib

24 noyabr 2026 | 16:57
24 noyabr 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun Birinci Aşıqlı kəndində sakinlərlə səyyar vətəndaş qəbulu keçirib.
 
Qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavini, şöbə müdirləri, aidiyyəti idarə və müəssisələrin rəhbərləri və nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.
 
Rayon rəhbəri Əziz Əzizov sakinləri salamlayaraq vətəndaş müraciətlərinin dinlənilməsinin, əhalini narahat edən məsələlərin yerində araşdırılmasının və onların həlli istiqamətində zəruri tədbirlərin görülməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Beyləqan rayonunda da sosial-iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması və müasir infrastrukturun formalaşdırılması istiqamətində ardıcıl işlər həyata keçirilir. Bu çərçivədə yolların asfaltlanması, səkilərin yenilənməsi kimi abadlıq-quruculuq işlərinin aparılması və yaşayış məntəqələrinin infrastrukturunun yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
 
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qaldırılan məsələlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib, müraciətlərin araşdırılması və həlli nəzarətə götürülüb.
 
Sakinlər vətəndaşlarla yerlərdə keçirilən görüşlərin və müraciətlərə həssaslıqla yanaşılmasının əhəmiyyətini qeyd edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Keçidlər