Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cari ilin sentyabrında erməni terrorunun qarşısının alınması zamanı yaralanmış rayondan olan hərbçilərin ailələrini ziyarət etmişdir
22 sentyabr 2022 | 10:50
22 sentyabr 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatın şöbə müdirləri cari ilin sentyabr ayında erməni təxribatının qarşısını alarkən yaralanmış Şəfəq qəsəbəsindən əsgər Balakişiyev Balakişi Səməd oğlunun, Təzəkənd kəndindən hərbi qulluqçu Quliyev İbrahim Arif oğlunun və Dünyamalılar kəndindən əsgər Vəliyev İzzət Vüsal oğlunun ailələrini ziyarət etmişdir. Yaralıların ailələri ilə səmimi söhbət əsasında hərbçilərimizin keçdiyi həyat və döyüş yollarından, qəhrəmanlıqlarından, Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin yenilməz iradəsi ilə müzəffər ordumuzun ərazilərimizi azad etməsindən, şəhidlərin ailələrinə, yaralılara, Vətən müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısından söz açılmış, ailələrin problemləri öyrənilmişdir. Yaralı hərbçilərin ailələri ölkə rəhbərliyinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib. Yaralılalar hazırda Bakı şəhər Baş Klinik hospitalında müalicə aldığından rayon rəhbəri onlarla telefon əlaqəsi saxlamış, səhhətləriylə maraqlanmışdır.