Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 10.06.2025-ci il tarixdə növbəti səyyar görüş keçirib

10 iyun 2025 | 18:20
İyunun 10-da Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Gödəklər kəndində sakinlərlə səyyar görüş keçirib.
 
Səyyar görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
 
Əvvəlcə xalqımızın ulu öndəri Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərə müraciət edərək bildirib ki, ölkə başçısının tapşırığına əsasən vətəndaş məmnunluğunun təmin olunması və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün təşkil olunan səyyar qəbulların əsas məqsədi sakinlərlə daha sıx təmasda olmaq, onların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.
 
Daha sonra kənd sakinləri öz müraciətlərini ünvanlayaraq əsas problemləri və təkliflərini bildiriblər. Qaldırılan müraciətlərin araşdırılaraq həlli istiqamətində lazimi tədbirlərin görülməsi ilə bağlı RİH başçısı Əziz Əzizov tərəfindən aidiyyəti üzrə səlahiyyətli şəxslərə müvafiq tapşırıqlar verilmiş və həlli vaxt tələb edən məsələlər nəzarətə götürülmüşdür.
 
Gödəklər kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər