Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 15.01.2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirib.

15 yanvar 2025 | 14:50
Dövlət başçısının vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq, yanvarın 15-də İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirilib.
 
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinləri, şöbə müdirləri, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 45 nəfər vətəndaşı qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Müraciətlərin bir qismi yerindəcə həll olunub, həlli vaxt tələb edənlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.
 
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər