Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 16 aprel 2025-ci il tarixdə növbəti vətəndaş qəbulu keçirib.
16 aprel 2025 | 13:15
Dövlət başçısının vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov aprelin 16-da Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı rayon rəhbəri müavinləri, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə ümumilikdə 26 nəfər vətəndaşı qəbul edib, onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Qəbulda iştirak edən rayon sakinləri müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.