Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov “Azərpambıq ASK" MMC-nin Beyləqan Pambıq İstehsalı və Emalı filialında olub.

30 sentyabr 2024 | 11:34
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri və RİH-in şöbə müdirləri ilə birgə pambıq yığımı ərəfəsində “Azərpambıq ASK" MMC-nin Beyləqan Pambıq İstehsalı və Emalı filialına baxış keçirib, görülən hazırlıq işlərinin gedişatı ilə tanış olub.
 
Müəssisənin rəhbrəri Fazil Hacıyev RİH başçısına məruzə edərək bildirib ki, "Azərpambıq ASK" MMC-nin Beyləqan Pambıq İstehsalı və Emalı filialı
2024-cü il pambıq mövsümü üçün 624 fermerlə 3047 hektar sahədə pambıq əkini üçün müqavilə bağlamışdır. Abrobasiya aktına əsasən 33 sentner məhsul gözlənilir. Fermerlərə 16 ədəd pambıqyığan maşın, 35 ədəd daşıyıcı traktor və 70 ədəd qoşqu vasitəsilə xidmət göstəriləcəkdir. Pambığın itkisiz yığılması, istehsalı və emalının yüksək səviyyədə həyata keçirilməsi təmin ediləcəkdir.
 
RİH başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirildiyini, xüsusilə Beyləqan rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensial və ənənələr mövcud olduğunu bildirmişdir.
 
Rayon rəhbəri zavodun fəaliyyəti, gələcək planları ilə bağlı öz tapşırıq və tövsiyələrini vermiş, həmçinin sürücülərlə də müzakirələr aparılaraq onların təklif və problemləri dinləmişdir.
Keçidlər