Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Birinci Aşıqlı kəndində vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirib.

03 mart 2026 | 17:37
Səyyar qəbulda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə, Beyləqan rayon prokuroru Elşad Əzimov, Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə və sektor müdirləri, həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Sonra rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov giriş nitqi ilə çıxış edərək Novruz Bayramının ikinci çərşənbəsi olan-Od Çərşənbəsi münasibətilə görüş iştirakçılarını təbrik edib, hər kəsə sağlamlıq, ruzi-bərəkət və firavanlıq arzulayıb. O, çıxışında rayonda həyata keçirilən infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işləri, sosial sahədə görülən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirilib ki, həyata keçirilən bütün layihələrin əsas məqsədi vətəndaşların rifah halının yüksəldilməsi və onların müraciətlərinin operativ şəkildə həll olunmasıdır.
 
Görüş zamanı kənd sakinlərinin müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlər yerində araşdırılıb və qanunvericiliyə uyğun həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıq və göstərişlər verilib.
 
Sonda Birinci Aşıqlı kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.
Keçidlər