Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov birinci qrup əlil vətəndaşı yaşadığı ünvanda ziyarət edib.

04 avqust 2026 | 14:17
Milabad qəsəbəsində görüş zamanı rayon icra hakimiyyətinin başçısı vətəndaş Məmmədov Nicatın səhhəti, sosial vəziyyəti və yaşayış şəraiti ilə yaxından maraqlanıb, onun müraciət və təkliflərini dinləyib. Bildirilib ki, həssas əhali qruplarına dövlət qayğısının göstərilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir və bu kateqoriyadan olan vətəndaşların problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.
 
Söhbət zamanı birinci qrup əlil vətəndaşa zəruri sosial dəstəyin göstərilməsi məqsədilə ona maddi yardım və ərzaq təminatının göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
 
Vətəndaş ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib.
Keçidlər