Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Birinci Şahsevən kəndində vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirib.

10 mart 2026 | 17:19
2026-cı il üçün təsdiq olunmuş qrafikə uyğun olaraq bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun Birinci Şahsevən kəndində səyyar vətəndaş qəbulu keçirib.
 
Qəbulda Beyləqan RİH başçısıyla birgə Beyləqan rayon prokuroru Elşad Əzimov, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə və sektor müdirləri, həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
 
Səyyar qəbul zamanı çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşün Novruz bayramının üçüncü çərşənbəsi – Yel çərşənbəsinə təsadüf etdiyini qeyd edərək kənd sakinlərini qarşıdan gələn bayram münasibətilə təbrik edib. RİH başçısı ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşların müraciətlərinin yerində dinlənilməsinin və onların problemlərinin operativ həllinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.
 
Daha sonra vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
 
Sakinlər onların müraciətlərinə göstərilən diqqətə görə dövlət tərəfindən vətəndaşlara göstərilən qayğıdan razılıqlarını ifadə edərək təşəkkürlərini bildiriblər.
Keçidlər