Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov daha bir neçə kənd və qəsəbələrdə şəhid məzarlarını ziyarət edib, şəhid ailələrinə evlərində baş çəkib.

15 iyul 2024 | 08:49
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri və şöbə müdirləri ilə birgə daha bir neçə kənd və qəsəbədə Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, onların ailələri ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıb.
 
Rayonun İmamverdilər,Dünyamalılar, Bünyadlı, Qaralılar, Əlinəzərli,Orta Əlinəzərli kəndlərində,Sarısu,Şərq,Şəfəq və Mayak qəsəbələrində ümumilikdə 25 şəhid ailəsinə baş çəkən rayon rəhbəri Azərbaycan xalqının qüruru və fəxri olan, bizə zəfər sevincini bəxş edən şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını və yaddaşlarda əbədi yaşayacağını bildirib.
 
Ziyarət olunan hər bir ailəyə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlaması təqdim olunub.
 
Şəhid ailələri onlara göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər