Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Dünyamalılarkəndində vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirib.
18 mart 2026 | 09:34
17 mart 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən Dünyamallar kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.
Səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovla birgə Dövlət Təhlükəsizlik Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, icra başçısının müavinləri, aparatın şöbə və sektor müdirləri, həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Səyyar qəbulda əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra səyyar qəbulu giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov İlaxır çərşənbə münasibətilə Dünyamallar kənd sakinlərini təbrik edib, onlara firavanlıq və ruzi-bərəkət arzulayıb. İcra başçısı çıxışında ölkəmizdə və rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, abadlıq-quruculuq işləri və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Qəbul zamanı vətəndaşların müraciətləri Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən dinlənilib, onları narahat edən məsələlər yerində araşdırılıb və qaldırılan problemlərin operativ həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.







