Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Əlinəzərli kəndində səyyar qəbul keçirib.

03 iyun 2025 | 18:24
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, əhalinin müraciətlərinin yerində dinlənilməsi və problemlərin operativ həlli məqsədilə 3 iyun 2025-ci il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Əlinəzərli kəndində səyyar vətəndaş qəbulu keçirib.
 
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və xidmət sahələrinin məsul şəxsləri də iştirak ediblər.
 
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
 
Daha sonra çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlardan, regionların davamlı inkişafı istiqamətində görülən tədbirlərdən, o cümlədən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından bəhs edib. Həmçinin rayon ərazisində icra edilən abadlıq-quruculuq işləri, sosial infrastruktur layihələri və əhalinin rifahının yüksəldilməsi istiqamətində atılan addımlar barədə məlumat verib.
 
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Rayon rəhbəri qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verib. Bir sıra müraciətlər yerində həll olunub, digərləri isə nəzarətə götürülərək araşdırılması üçün müvafiq göstərişlər verilib.
 
Sakinlər ölkə rəhbərliyinin regionlara və vətəndaşlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər