Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov icra hakimiyyətinin uzun müddətli fəaliyyəti ilə seçilən əməkdaşını doğum günü münasibəti ilə təbrik edib.

30 sentyabr 2024 | 11:41
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Beyləqan RİH başçısı aparatının sektor müdiri Abbasova Yeganə İzzət qızını ad günü münasibəti ilə təbrik edib, onun dövlət qulluğunda göstərdiyi səmərəli xidmətini xüsusi vurğulayaraq gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
İcra başçısı çıxışına davam edərək qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə əsaslı islahatlar aparılmışdır. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.
 
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qulluğu siyasətin bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Əziz Əzizov dövlət başçısının “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” cümləsini xatırladaraq bu vəzifənin nə qədər şərəfli və məsuliyyət tələb etdiyini diqqətə çatdırıb.
 
Abbasova Yeganə göstərilən diqqət və qayğıdan məmnunluğunu bildirərək xalqına və dövlətinə xidmət göstərməyin onun üçün fəxr olduğunu bildirib.
Sonda xatirə şəkili çəkilib.
Keçidlər