Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Kəbirli kəndində daha bir neçə Vətən Müharibəsi şəhidinin ildönümü və mövludu mərasimində iştirak edib.

14 oktyabr 2024 | 13:49
Bu gün rayon rəhbəri Əziz Əzizov rayonun hüquq-mühafizə orqanlarının və YAP rayon təşkilatının rəhbərliyi, RİH-in nümayəndələrinin iştirakı ilə Vətən Müharibəsi şəhidləri-Əliyev Mahir Əjdər oğlunun,Quliyev Elnur Sərdar oğlunun, Həsənov Hafiz Saleh oğlunun,Vəlişov Zahir Arif oğlunun ildönümü mərasimləri və Tağıyev Anar Zakir oğlunun mövludu münasibətilə onların doğulub boya başa çatdıqları Kəbirli kəndində ailələrini ziyarət edib.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidlərin ailələrinə dərin hüznlə baş sağlığı verib, şəhidlərimizin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad edildiyini, buna da görə də Azərbaycan xalqının canından keçən hər bir Vətən övladına borclu olduğunu bildirib.
 
Şəhidlərin ailə üzvləri övladlarının həyat və döyüş yolundan bəhs edib, onlara göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Keçidlər