Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti dəfə vətəndaşları dinləyib.
25 sentyabr 2024 | 16:53
Sentyabrın 25-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirib.
İcra Hakimiyyətinin inzibati binasında baş tutan qəbul zamanı rayon rəhbəri müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə ümumilikdə 41 nəfər vətəndaşı qəbul edib və onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırma tələb edən digər məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.