Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar görüş keçirib

24 sentyabr 2024 | 10:55
Vətəndaş qəbuluna yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq sentyabrın 24-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun Örənqala qəsəbə sakinləri ilə görüşüb.
 
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
 
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Səyyar qəbulu giriş nitqi ilə açan RİH başçısı Əziz Əzizov Prezident cənab İlham Əliyevin ölkənin daxili və xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O, bildirib ki, səyyar qəbulların əsas məqsədi əhali ilə daha sıx təmasda olmaqla insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir. Rayon rəhbəri daha sonra sakinlərdən onları narahat edən məsələlərlə bağlı çıxış etmələrini xahiş edib.
 
Sakinlərin müraciətlərini dinləyən RİH başçısı onları narahat edən məsələlərə aydınlıq gətirib, qaldırdıqları məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.
 
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər