Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Örənqala qəsəbəsində səyyar görüş keçirib
17 iyun 2025 | 16:57
İyunun 17-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Örənqala qəsəbəsində sakinlərlə səyyar görüş keçirib.
Səyyar görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Əvvəlcə xalqımızın ulu öndəri Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək qeyd edib ki, ölkə rəhbərliyinin tapşırığına əsasən həyata keçirilən səyyar qəbul-görüşlərin əsas məqsədi vətəndaş məmnunluğunu təmin etmək, göstərilən xidmətlərin keyfiyyətini artırmaq, eyni zamanda sakinlərlə birbaşa ünsiyyət quraraq onların müraciətlərini yerində dinləmək və operativ həllinə nail olmaqdır. Əziz Əzizov rayon ərazisində aparılan infrasturuktur yenilənməsi və bərpa-quruculuq işlərindən danışaraq, bu istiqamətdə ardıcıl tədbirlərin davam etdiriləcəyini bildirib.
Qəsəbə sakinləri müraciətlərini ünvanlayaraq mövcud problemlərini və təkliflərini səsləndiriblər. Qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov aidiyyəti qurumların nümayəndələrinə konkret tapşırıqlar verib, vaxt tələb edən müraciətlər isə nəzarətə götürülüb.
Örənqala qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







