Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qazi anasının yas mərasimində iştirak edib.

21 iyul 2025 | 13:03
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən müharibəsi qazisi Fərmanzadə Zahir Salman oğlunun anasının vəfatı ilə əlaqədar Mil qəsəbəsində təşkil olunmuş yas mərasimində iştirak edib.
 
Mərasimdə hüquq-mühafizə orqanlarının rəhbərləri, Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri də iştirak ediblər.
 
Əziz Əzizov qazi Zahir Fərmanzadə və onun ailəsinə dərin hüznlə başsağlığı vermiş, onun ailə vəziyyəti, sosial durumu və mövcud ehtiyacları ilə maraqlanmışdır. RİH başçısı söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq qazilərə və onların ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu və bu siyasətin davamlı xarakter daşıdığını qeyd edib.
 
Qazi Zahir Fərmanzadə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edərək, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.
Keçidlər