Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun Gödəklər kəndində növbəti səyyar vətəndaş qəbulu keçirib.

21 may 2026 | 17:37
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun Gödəklər kəndində növbəti səyyar vətəndaş qəbulu keçirib.
 
Səyyar qəbulda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla birgə hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kənd sakinlərini salamlayaraq ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinə həssas yanaşılmasının vacibliyini qeyd edib. O, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əhalinin sosial rifahının yüksəldilməsi, infrastruktur layihələri və vətəndaşların problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə məlumat verib. Daha sonra sakinləri onları narahat edən məsələləri sərbəst şəkildə səsləndirməyə çağırıb.
 
Qəbul zamanı kənd sakinləri müxtəlif mövzularda müraciətlərini rayon rəhbərinə ünvanlayıblar. Səsləndirilən məsələlərin hər biri qeydiyyata alınaraq, həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
 
Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər