Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun Günəşli qəsəbəsində növbəti səyyar vətəndaş qəbulu keçirib.

16 iyul 2026 | 19:37
Qəbulda həmçinin Beyləqan rayon prokuroru Elşad Əzimov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə və sektor müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin qəsəbə sakinləri iştirak ediblər.
 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Səyyar qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılması tələb olunan müraciətlər isə nəzarətə götürülərək rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
 
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaş müraciətlərinə həssas yanaşılmasının, onların operativ araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun həllinin daim diqqət mərkəzində saxlanıldığını bildirib, müraciətlərin icrası ilə bağlı aidiyyəti qurumların məsuliyyətini bir daha diqqətə çatdırıb.
 
Qəbulun sonunda sakinlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, ölkəmizdə vətəndaş müraciətlərinə göstərilən həssas münasibətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Keçidlər