Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun “Mil” Beyləqan futbol klubunun üzvlərini qəbul edib.

01 aprel 2026 | 19:57
1 aprel 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirlən görüş zamanı komandanın kapitanı Kamal Qasımov klubun fəaliyyəti barədə ətraflı məlumat verərək komandanın keçdiyi inkişaf yolundan, iştirak etdiyi yarışlardan və qazandığı uğurlardan bəhs edib. Bildirilib ki, əsasən gənclərdən ibarət olan “Mil” futbol klubu 1955-ci ildə təsis olunub. Komanda hətta 1999-cu ildə qardaş ölkə Türkiyənin məşhur futbol komandalarından “Trabzon” FK ilə keçirilən yoldaşlıq görüşündə 1:1 hesablı nəticə əldə edib. Klub 2006-cı ildən etibarən Həvəskarlar Liqasının Respublika çempionatında müntəzəm iştirak edir və çox saylı uğurlar əldə edib.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov idmançıların əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, gənclərə tövsiyələrini verərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, bu cür uğurlar rayonun idman potensialının göstəricisidir və hər zaman dəstəklənəcəkdir.
 
Sonda “Mil” Beyləqan futbol klubuna Beyləqan Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı təqdim olunub, həmçinin komanda üzvlərinə pul mükafatı da ayrılmışdır.
 
Klub üzvləri isə göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkür edərək, Əziz Əzizova klub adından xatirə hədiyyəsi təqdim ediblər.
 
Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Keçidlər