Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhər mərkəzində yaşayan şəhid ailələrini ziyarət edib.

11 iyul 2024 | 16:27
Torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan 26 şəhidimizin ailəsi ziyarət olunub. Ziyarətdə rayon icra hakimiyyətinin məsul əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşlərdə 44 günlük Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını və öz canları bahasına işğal altında olan torpaqlarımızı işğaldan azad etdiklərini vurğulayıb, buna görə qazilərimizə və şəhidlərimizə Azərbaycan xalqının daim minnətdar olduğunu bildirərək, qəhrəmanlıq salnaməsi yazan, vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid ailələrinə səbr arzulayıb.
 
Rayon rəhbəri şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onların qaldırdıqları məsələləri nəzarətdə saxlayacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.
 
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Vitse prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 
Ziyarət zamanı şəhid ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlaması təqdim olunub.
Keçidlər