Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhid Nəsirov İlyas Arzuman oğlunun şəhadətinin dördüncü ildönümü mərasimində iştirak etmişdir.

21 oktyabr 2024 | 12:40
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş daha bir şəhidimizin-Nəsirov İlyas Arzuman oğlunun şəhadətinin dördüncü ildönümü ilə əlaqədar Milabad qəsəbəsində boya-başa çatdığı ata ocağında il mərasimi keçirilmişdir.
 
Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP rayon təşkilatının sədri və hüquq-mühafizə orqanlarının rəhbərləri,RİH-nin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri də iştirak etmişlər.
 
Rayon rəhbəri ailəyə başsağlığı verərək bildirdi ki, Möhtərəm Prezident cənab Ali Baş Komandan İlham Əliyevin əzmi, düzgün siyasəti, qətiyyət və strateji idarəetməsi ilə Azərbaycanın Müzəffər Ordusu dünya tarixinə zəfər və qalibiyyət salnaməsini qızıl hərflərlə yazdırdı.Düşmənə ağır zərbə vuran, düşmənə layiqli dərs verən, adlarını qəhrəmanlıq salnaməsinə yazmaqla Vətənin bölünməzliyinə imza atan şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə təskinlik verərək diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuzdur. Hər birinin həyatı bir qəhrəmanlıq dastanı olan şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik.
 
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəriliyinə minnətdarlıqlarını ifadə etdilər.
Keçidlər