Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhid Teymurov Mansur Elnur oğlunun şəhadətinin dördüncü ildönümü mərasimində iştirak etmişdir.

19 oktyabr 2024 | 20:15
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Teymurov Mansur Elnur oğlunun şəhadətinin dördüncü ildönümü ilə əlaqədar İkinci Şahsevən kəndində boya-başa çatdığı ata ocağında il mərasimi keçirilmişdir.
 
Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP rayon təşkilatının və hüquq-mühafizə orqanlarının rəhbərləri,ictimaiyyət nümayəndələri də iştirak etmişlər. Rayon rəhbəri Əziz Əzizov şəhidin ailələrinə dərin hüznlə baş sağlığı verərək bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti, həmçinin rəşadətli ordumuzun peşəkarlığı nəticəsində torpaqlarımızda separatizmin kökü kəsilib. Vətən Övladlarının qanının yerdə qalmadığını, bu gün Qarabağın azadlığının məhz onların əsəri olduğunu vurğlayan RİH başçısı Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizin qəhrəmanlığının gənclərimiz üçün örnək olduğunu bildirib.
 
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla rayon rəhbərliyinə təşəkkürlərini bildirib, şəhidlərin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.
 
Mansur Teymurov 5 iyun 1999-cu ildə Beyləqan rayonunun İkinci Şahsevən kəndində anadan olmuşdur.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mansur Teymurov ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" ,"Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Keçidlər