Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidin atasının yas mərasimində iştirak edib.

04 oktyabr 2024 | 16:21
Bu gün Birinci Qarabağ Müharibəsi Şəhidi Əli Məmmədovun atası Zülfəli Məmmədovun yas mərasimi keçirilib.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Beyləqan rayon prokuroru Ramazan Hadıyev, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH başçısı aparatının nümayəndələri, idarə və müəssisə nümayəndələri ilə birgə Beyləqan şəhərində keçirilən yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı veriblər.
 
Şəhidin yaxınları onlara göstərilən yüksək diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib.
Keçidlər