Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov Sevil Qazıyevanın ev muzeyində olub.

16 avqust 2024 | 19:51
16.07.2024-cü il tarixdə icra başçısı Əziz Əzizov və aparatın məsul şəxsləri Azərbaycan SSR-də ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı Sevil Qazıyevanın Yuxarı Aran qəsəbəsində yerləşən ev muzeyində olub.
 
Direktor Aygün Quliyeva muzey haqqında məlumat verərək bildirib ki, Xatirə muzeyi 1984 - cü ildə istifadəyə verilib, 2003-cü il sentyabr ayının 1-dən etibarən Beyləqan rayon Tarixdiyarşünaslıq muzeyinin filialına çevrilmişdir.2008-ci ildən etibarən isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir.Muzeyin sahəsi 143 kv.m-dir.Torpaq sahəsi 20 sotdur.Muzey 4 otaqdan ibarətdir.Bu otaqların 3-ü ekspozisiya zalıdır..Bu zallarda Sevil Qazıyevanın həyat və fəaliyyətinə aid əşyalar,təltif olunduğu diplomlar və s.nümayiş olunur. Muzeyin həyətində onun büstü qoyulmuşdur.
 
Gənclərimizin əməyə,zəhmətə marağının artırılması,eyni zamanda tarixi dəyərlərimizə bağlı formalaşmasında bu muzeylərin əhəmiyyətindən bəhs edən icra başçısı muzeyin mövcud vəziyyətini də təhlil etmiş,çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyyələr vermişdir.
Keçidlər