Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev muzeyinə baş çəkib.
30 sentyabr 2024 | 11:45
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH aparatının məsul şəxsləri Sovet İttifaqı Qəhrəmanı Gəray Lətif oğlu Əsədovun Birinci Şahsevən kəndindəki xatirə muzeyini ziyarət edib.
RİH başçısı Mozdok şəhərinin yaxınlığındakı dağların ətəklərindən uzaq Rumıniyayadək şanlı döyüş yolu keçmiş Azərbaycanın qəhrəman oğlu Gəray Əsədovun büstü qarşısına gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.
Daha sonra muzeyə baxış keçirilib.
RİH başçısına muzey haqqında məlumat verilərək bildirib ki, Ev Muzeyi - Birinci Şahsevən kəndində ötən əsrin 70-ci illərində Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun şərəfinə yaradılmışdır. Muzeydə Gəray Əsədova aid əşyalar, fotoşəkillər, sənədlər, kitablar və digər məlumatlar öz əksini tapmışdır. Muzeyin həyətində Böyük Vətən Müharibəsində (1941-1945) Azərbaycanın igid əsgər və zabitlərinin qəhrəmanlıqlarını əks etdirən guşə də yaradılmışdır.
1941-1945-ci illər müharibəsində Sovet İttifaqının alman-faşist işğalçılarından azad olunmasında Azərbaycanın igid oğul və qızlarının qəhrəmanlığından danışan RİH başçısı Əziz Əzizov həmin müharibədə Beyləqanlı Gəray Əsədovun
böyük şücaət və qəhrəmanlıq göstərərək düşmənə ciddi itki verdiyini, onun yazdığı qəhrəmanlıq dastanının bu gün hər bir gəncə nümunə olduğunu bildirib.
İcra başçısı muzeyin mövcud vəziyyətini də təhlil etmiş, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyyələr vermişdir.