Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Tarix və Diyarşünaslıq Muzeyinin fəaliyyəti ilə tanış olub.

05 avqust 2024 | 20:11
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov avqustun 5-də Beyləqan rayon Tarix və Diyarşünaslıq Muzeyində olub.
 
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov rayon rəhbərinə muzey barədə məlumat verərək bildirib ki, 2019-cu ildə yenidən inşa edilərək istifadəyə verilən muzeydə ekspozisiya zalı, iki xidməti otaq, bir fond otağı, 60 yerlik konfrans, 12 yerlik dəyirmi masa zalları, texniki otaq var.
 
Bildirilib ki, muzeydə 6 mindən çox eksponat var. Ən qədim eksponat Son Tunc, İlk Dəmir dövrü və eramızdan əvvəl X-VII əsrlərə aiddir. Ekspozisiya zalında Beyləqanın qədim dövrdən bu günə qədər olan siyasi və ictimai tarixi, maddi mədəniyyət nümunələri, mədəni-iqtisadi həyatı, ümummilli lider Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin Beyləqan rayonuna səfərlərini əks etdirən fotolar və məlumatlar nümayiş etdirilir. Bu eksponatlar rayona gələn qonaqlarda da maraq doğurur, onların ölkəmizin tarixi ilə daha yaxından tanış olmalarına imkan yaradır.
 
Rayon rəhbəri muzeyin fəaliyyəti ilə yaxından tanış olub, öz tapşırıq və tövsiyələrini verib.
Keçidlər