Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən müharibəsi iştirakçısının ailəsinə başsağlığı verib
18 iyun 2025 | 12:53
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, Vətən Müharibəsi iştirakçısı Kərimov Qorxmaz Rövşən oğlunun vəfat etmiş həyat yoldaşının yas mərasimində iştirak edib.
Yas Mərasimində YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısınən müavinləri və şöbə müdirləri də iştirak edib.
Rayon rəhbəri müharibə veteranının ailəsinin kədərinə şərik olduğunu bildirib, şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Beyləqanda da daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən hər bir igidimizin və onların ailələrinin rifahı, qayğı ilə əhatə olunması ölkə rəhbərliyinin əsas prioritetlərindəndir. Bu mənəvi borcu yerinə yetirmək həm dövlətin, həm də cəmiyyətin üzərinə düşən məsuliyyətli vəzifədir.
Vətən Müharibəsi veteranı Kərimov Qorxmaz Rövşən oğlu göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, eləcə də rayon icra hakimiyyətinə təşəkkür edib, daim yanında hiss etdiyi dəstəyə görə məmnunluğunu ifadə edib.







