Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən müharibəsi iştirakçısının yas mərasimində iştirak edib.

15 aprel 2026 | 15:18
Vətən Müharibəsində 1-ci ordu korpusunun Əlahiddə Mühəndis-istehkam taborunun komandiri olmuş, ehtiyatda olan polkovnik-leytenant Beyləqan rayonu Dünyamalılar kənd sakini Cavid Cabbarov 42 yaşında uzunsürən xəstəlikdən vəfat edib.
 
Cavid Cabbarovun vəfatı ilə əlaqədar təşkil olunmuş həm dəfn və həm də yas mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələri iştirak edərək mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.
 
Bildirilib ki, ömrünü Azərbaycan Ordusunda şərəfli xidmətə həsr edən Cavid Cabbarov həm Aprel döyüşlərinin, həm də 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmuş, göstərdiyi igidlik və xidmətlərinə görə dəfələrlə təltif edilmişdir. O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından olub.
 
Cavid Cabbarovun əziz xatirəsi və Vətən qarşısındakı xidmətləri hər zaman dərin ehtiram və minnətdarlıqla yad ediləcəkdir.
Keçidlər