Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən Müharibəsi şəhidi Mehtili Eşqinin ildönümü məclisində iştirak edib.

15 oktyabr 2024 | 14:38
Bu gün Beyləqan RİH başçısı Əziz Əzizov rayonun hüquq-mühafizə orqanlarının və YAP rayon təşkilatının rəhbərliyi, RİH-in nümayəndələrinin iştirakı ilə Vətən Müharibəsi şəhidi Mehtili Eşqin Tərlan oğlunun Əlinəzərli kəndində keçirilən ildönümü mərasimində iştirak edib.
 
Mərasimdə şəhidimizin keçdiyi şərəfli yoldan, Vətən Müharibəsi zamanı rəşadətindən söz açılıb, əziz xatirəsi ehtiramla anılıb.
 
Rayon rəhbəri Əziz Əzizov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən bəhs edib, bu Zəfərin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara əbədi həkk olunduğunu diqqətə çatdırıb.
RİH başçısı həmçinin şəhid ailəsinin qayğı və ehtiyacları ilə maraqlanıb, yaxınlarına dərin hüznlə başsağlığı verib.
 
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Keçidlər