Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən müharibəsinin şəhidi Hüseynov Məhəmməd Alik oğlunun şəhadətinin ildönümü ilə əlaqədar ailəsini ziyarət etdi.

19 oktyabr 2024 | 08:52
Ailənin tək oğul övladı olan ,Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Hüseynov Məhəmməd Alik oğlunun şəhadətinin dördüncü ildönümü ilə əlaqədar Bahar qəsəbəsində yaşayan ailəsi ziyarət olunmuşdur.Ziyarətdə rayon İcra Hakimiyyətinin başçısl Əziz Əzizovla birgə hüquq mühafizə orqanlarının rəhbərləri, RİH müavin və şöbə müdirləri də iştirak edib.
 
İcra başçısı şəhidin yaxınlarına baş sağlığı verərək ailənin qayğıları ilə maraqlanıb. Valideynlərinə vətənə layiq belə övlad böyütdükləri üçün təşəkkür edib.
Əziz Əzizov bildirdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. RİH başçısı Azərbaycan xalqının bu tarixi zəfəri igid övladlarının qanı, canı bahasına qazandığını və bu zəfərlə bütün şəhidlərimizin qisası alındığını vurğulayıb.
 
Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər