Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yuxarı Kəbirli kəndində vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirib.
05 mart 2026 | 12:41
5 mart 2026-cı il tarixində Yuxarı Kəbirli kəndində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaşlarla səyyar qəbul keçirib. Qəbulda Beyləqan RİH başçısı ilə birgə hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə və sektor müdirləri, həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələri qatılıblar.
Səyyar qəbul iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini bir dəqiqə sükutla yad ediblər.
Daha sonra Əziz Əzizov çıxış edərək qarşıdan gələn Novruz bayramı münasibətilə kənd sakinlərini təbrik edib və onlara ruzi-bərəkət, xoş bayramlar arzulayıb. Ardınca rayon ərazisində həyata keçirilən infrastruktur layihələri və sosial sahədə görülən tədbirlər barədə məlumat verilib.
Kənd sakinləri daha sonra müraciətlərini ünvanlayıblar. Vətəndaşların hər birinin müraciətləri dinlənilib, onlara qanunauyğun izahatlar verilib. Digər məsələlərin qanunvericiliyə uyğun həlli üçün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov aidiyyəti qurumlara müvafiq tapşırıq və göstərişlər verib.
Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.







