Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbulu oktyabrın 1-də Dünyamalılar kəndində keçirilib.

01 oktyabr 2024 | 10:02
Dövlət başçısının vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun Dünyamalılar kəndində səyyar qəbul keçirib.
 
Səyyar qəbulda hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və şöbə müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
 
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerlərdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirmiş və respublikada, o cümlədən Beyləqanda aparılan bərpa-quruculuq işləri barədə məlumat vermişdir.
 
Qəbulda iştirak edən sakinlərin təklifləri həssaslıqla dinlənilib, Rayon rəhbəri tərəfindən sakinlərin müraciətlərinin hər tərəfli araşdırıılması və həlli ilə bağlı idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
 
Sonda sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradıldığı üçün Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər