Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbulu oktyabrın 6-da İkinci Şahsevən kəndində keçirilib.

06 oktyabr 2026 | 17:37
Dövlət başçısının vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun İkinci Şahsevən kəndində səyyar qəbul keçirib.
 
Səyyar qəbulda hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavini və şöbə, sektor müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerlərdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirmiş və respublikada, o cümlədən Beyləqanda aparılan bərpa-quruculuq işləri barədə məlumat vermişdir.
 
Qəbulda iştirak edən sakinlərin təklifləri diqqətlə dinlənilib, Rayon rəhbəri tərəfindən sakinlərin müraciətlərinin hər tərəfli araşdırılması və həlli ilə bağlı idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
 
Sonda sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradıldığı üçün Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
 
Keçidlər