Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun şəhid ailələrinə növbəti ziyarəti Kəbirli, Yuxarı Kəbirli kəndləri və Örənqala qəsəbəsində baş tutub.

12 iyul 2024 | 10:13
Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov,hüquq mühafizə orqanlarının rəhbərləri və icra aparatının əməkdaşları 12 iyul 2024-cü il tarixdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış,Kəbirli,Yuxarı Kəbirli kəndlərində və Örənqala qəsəbəsində dəfn olunmuş şəhidlərimizin məzarlarını, sonra isə 24 şəhidin ailəsini ziyarət edib. RİH başçısı Əziz Əzizov şəhid ailələrinin səsləndirdikləri təklifləri dinləyərək, onları daim nəzarətdə saxlayacağını və həlli ilə bağlı tədbirlərin görüləcəyini bildirib.
 
Ziyarət zamanı şəhid ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq bağlamaları təqdim olunub.
 
Sonda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər