Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailəsinə baş sağlığı verib
11 avqust 2025 | 13:07
Avqustun 11-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən Müharibəsinin qəhrəmanlarından, şəhid Dadaşzadə Mahir Qərib oğlunun ailə üzvünün vəfatı ilə əlaqədar şəhidin ailəsini ziyarət edib, onlara baş sağlığı verib. Mərasimdə YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhid Dadaşzadə Mahirin valideynləri bu kimi günlərdə göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Vətən uğrunda canından keçən igid övladların xatirəsi daim uca tutulur, onların göstərdiyi şüacaət heç vaxt unudulmur.
Belə görüşlər şəhid ailələrinin dövlət tərəfindən davamlı dəstək və qayğı ilə əhatə olunduğunu bir daha təsdiqləyir, onların sosial və mənəvi ehtiyaclarının qarşılanmasında yüksək diqqətin göstərildiyini nümayiş etdirir. Bu həm də dövlətimizin qəhrəman ailələrinə olan hörmət və ehtiramının ifadəsidir.







