Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı şəhid anasının yas mərasimində iştirak etmişdir.

16 iyul 2025 | 14:10
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov İmamverdlər kəndindən olan, Birinci Qarabağ müharibəsi şəhidi Aydın Quliyevin anasının vəfatı ilə əlaqədar keçirilən yas mərasimində iştirak edib.
 
Mərasimdə hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın şöbə müdirləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri də iştirak ediblər.
 
Beyləqan RİH başçısı Əziz Əzizov şəhid anasının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, dövlətimizin şəhid ailələrinə daim diqqət və qayğı göstərdiyini vurğulayıb. O, qeyd edib ki, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi daim uca tutulur və onların ailələri hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzindədir.
 
Şəhid Quliyev Aydının ailəsi göstərilən mənəvi dəstəyə və diqqətə görə ölkə rəhbərliyinə dərin təşəkkürünü bildirərək qeyd edib ki, bu cür qayğı və iştirak onların kədərini paylaşmaqla yanaşı, bir daha dövlətin şəhid ailələrinə olan sarsılmaz bağlılığını nümayiş etdirir.
Keçidlər