Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı şəhid atasının yas mərasimində iştirak edib.

01 may 2025 | 09:25
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Birinci Qarabağ Müharibəsi zamanı şəhid olmuş Qafarov Mübariz Ələm oğlunun atasının Aşıqalılar kəndində keçirilən yas mərasimində iştirak edib.
 
Mərasimdə RİH başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.
 
Əziz Əzizov mərhumun ailəsinə dərin hüznlə başsağlığı verərək bildirib ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır. Onların ailələrinə göstərilən diqqət və qayğı həm mənəvi borcumuz, həm də dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu yanaşma, şəhid ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığını və dövlət siyasətində xüsusi yer tutduğunu bir daha təsdiqləyir.
 
Mərasim iştirakçıları mərhumun ruhuna dualar oxuyaraq ailəsinə səbir və dözüm arzulayıblar.
 
Mərhumun ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Keçidlər