Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı şəhid qardaşının toy mərasimində iştirak edib

12 iyun 2025 | 17:10
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Qəhrəmanlı qəsəbəsindən Vətən müharibəsi şəhidi Əliyev Xəyalın qardaşının toy mərasimində iştirak etmişdir.
 
Mərasimdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və digər rəsmi şəxslər də iştirak ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bu əlamətdar və sevincli gündə şəhid ailəsinin yanında olaraq, ailəni toy münasibətilə səmimi qəlbdən təbrik edib, gənc ailəyə möhkəm təməl üzərində qurulmuş xoşbəxt və uzunömürlü ailə həyatı arzulayıb.
 
Əziz Əzizov şəhid Xəyal Əliyevin əziz xatirəsini ehtiramla yad edərək, onun timsalında şəhidlərimizin göstərdiyi qəhrəmanlığın xalqımızın qürur mənbəyi, onların ailələrinə göstərilən diqqət və qayğının isə dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
 
Şəhidin ailə üzvləri dövlətin şəhid ailələrinin həm kədərli, həm də sevincli günlərində onların yanında olmasının bu kateqoriyadan olan ailələrə göstərdiyi xüsusi qayğının real ifadəsi olduğunu bildirərək, göstərilən diqqət və mənəvi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər
Keçidlər