Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi qazisinə başsağlığı verib
05 noyabr 2026 | 14:18
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən Müharibəsi qazisi Fərmanzadə Zahirin atası, eyni zamanda Birinci Qarabağ müharibəsi şəhidi Mehdiyev Ramizin qardaşı Salman Mehdiyevin vəfatı ilə əlaqədar keçirilən yas mərasimində iştirak edib.
RİH başçısı aparatının əməkdaşları ilə birlikdə mərhumun ailəsini ziyarət edən Əziz Əzizov qazi Fərmanzadə Zahirə və onun ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara səbir və dözüm diləyib.
Vətən Müharibəsi qazisi Zahir Fərmanzadə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O, ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.







