Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vətəndaş qəbulu keçirib.

04 fevral 2026 | 15:17
4 fevral 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov İcra Hakimiyyətinin inzibati binasında rayon sakinlərinin növbəti qəbulunu keçirib.
 
Qəbulda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə, onun müavinləri, şöbə və sektor müdirləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyə üzvləri iştirak ediblər.
 
Qəbul zamanı vətəndaşlar əsasən sosial, məişət, məşğulluq, kommunal xidmətlər və digər aktual məsələlərlə bağlı müraciətlər ediblər. Növbəlilik əsasında qəbul edilən hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlər ətraflı araşdırılıb, bir sıra problemlər yerindəcə həll olunub, bəzi müraciətlərlə bağlı isə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib və qanunvericiliyə uyğun izahatlar təqdim edilib.
 
Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, bu cür qəbulların vətəndaş–dövlət münasibətlərinin möhkəmlənməsində mühüm rol oynadığını qeyd ediblər.
Keçidlər