Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlarla səyyar görüşlərini davam etdirir.

08 iyul 2025 | 19:08
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, yerlərdə vətəndaşların müraciətlərinin dinlənilməsi, mövcud problemlərin yerində araşdırılması və operativ həll olunması məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar görüşü iyulun 8-də Orta Əlinəzərli kəndində keçirilib.
 
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, struktur bölmə rəhbərləri, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri və kənd sakinləri iştirak ediblər.
 
Rayon rəhbəri çıxış edərək ölkə başçısının rəhbərliyi ilə regionlarda aparılan sosial-iqtisadi inkişaf siyasətindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən bəhs edib. O, vətəndaşların qayğılarının diqqət mərkəzində olduğunu və səyyar görüşlərin əsas məqsədinin onların problemlərini birbaşa dinləmək, həllinə nail olmaq olduğunu vurğulayıb.
 
Səyyar qəbul zamanı kənd sakinlərinin qaldırdıqları müraciət və təkliflər dinlənilib, məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
 
Görüşün sonunda kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər