Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşı Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
03 iyul 2023 | 16:43
Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İbişov Vidadi Behbud oğlu Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman qeyd etdiyi kimi: “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”.
Bu medal İbişov Vidadi Behbud oğlunun səmərəli fəaliyyətilə yanaşı, dövlətə və dövlətçiliyə sədaqətinin bariz nümunəsidir. Bu münasibətlə dəyərli əməkdaşımız Vidadi İbişovu təbrik edir və bundan sonrakı fəaliyyətində də uğurlar arzulayırıq.