Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan Rayon İcra hakimiyyətinin inzibati binasında əsaslı təmir işlərinə başlanılmışdır.

30 iyul 2024 | 19:12
Binanın dam örtüyündə, fasadının üzlük hissəsində çatışmazlıqlar aradan qaldırılır,bütün mərtəbələrdə sürətlə yenidənqurma işləri aparılır.
 
Binanın 1-ci mərtəbəsində foyenin genişləndirilməsi, 2-ci mərtəbəsində 150 yerlik böyük konfrans zalının yaradılması nəzərdə tutulmuşdur.
 
İşçilərə yüksək səviyyəli iş şəraitinin yaradılması üçün 3-cü mərtəbədə iş otaqları təmir edilərək onların istifadəsinə veriləcəkdir.
 
Qısa müddətdə bütün kommunikasiya xətləri, kamera nəzarət sistemi, müasir işıqlandırma sistemi yaradılacaqdır. Binaya yeni elektrik xətləri çəkilmiş, daxili elektrik xətləri tamamilə yenilənmişdir.
 
Hal-hazırda təmir işləri davam etdirilir və işlərin sürətlə aparılması binanın yaxın vaxtlarda tam istifadəyə verilməsinə əsas verir.
Keçidlər