Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində ümumrayon iməcliyi davam etdirilir.
23 dekabr 2025 | 11:36
İməclik aksiyaları çərçivəsində növbəti olaraq Beyləqan şəhərinin Əlizamin Mustafalı küçəsində abadlıq və təmizlik işləri həyata keçirilib. Aksiya zamanı ərazi məişət tullantılarından təmizlənib, yaşıllıqlara qulluq göstərilib, ümumi sanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülüb.







