Beyləqan rayonu 2026-cı ilin ilk qarını qarşılayıb
20 yanvar 2026 | 17:24
Dünən səhər saatlarından başlayan qar yağışı bu gün Beyləqan rayonunun bütün ərazisini əhatə edib. Yağıntı rayona qış ab-havası və özünəməxsus təbii gözəllik bəxş etməklə yanaşı, torpağın rütubət ehtiyatının artmasına, əkin sahələrinin qorunmasına və gələcək mövsümdə kənd təsərrüfatı məhsuldarlığının yüksəlməsinə müsbət təsir göstərir.
Mövcud hava şəraiti ilə əlaqədar olaraq müvafiq qurumlar tərəfindən yolların açıq saxlanılması, nəqliyyatın və piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.







