Beyləqan rayonu ərazisində abadlıq, təmizlik və yaşıllaşdırma işləri planlı şəkildə davam etdirilir.
24 iyul 2026 | 18:17
Beyləqan Rayon İcra Hakimiyyətinin tapşırıq və göstərişlərinə uyğun olaraq Mənzil-Kommunal İstehsalatı Birliyinin əməkdaşları tərəfindən rayonun küçə və prospektlərində, park və xiyabanlarda, inzibati binaların ətrafında, eləcə də ictimai istifadə yerlərində təmizlik işləri həyata keçirilir. Eyni zamanda, məişət tullantıları daşınır, yolkənarı ərazilər və yaşıllıq sahələri səliqəyə salınır.
Görülən işlər rayon ərazisində sanitar-gigiyenik vəziyyətin daha da yaxşılaşdırılmasına, əhalinin rahatlığının təmin olunmasına və şəhərin estetik görünüşünün qorunmasına xidmət edir.
Abadlıq və təmizlik tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.







